Paytaxtda silahlı insident: 4 nəfər saxlanıldı
17:40 04 Aprel 2019
Aprelin 3-də saat 19.30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən kafelərin birində ailə münaqişəsi zəminində mübahisə yaranıb.
Bakı şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını qayınatası, Vəli Nəbiyev kafeyə dəvət edib.
Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb. E.Quliyevin atası Elnur Quliyev üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı, şübhəli şəxs qismində saxlanılaraq, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb. Binəqədi RPİ-də istintaq davam etdirilir.
Femida.az
Oxunub: 349
Oxşar xəbərlər
- Paytaxtda yol qəzası olub, xəsarət alanlar var
- Paytaxtda 22 yaşlı gənci avtomobil vurub
- Paytaxtda hava dumanlı olacaq, rayonlarda yağış yağacaq
- Paytaxtda kütləvi dava olub, xəsarət alan var
- Paytaxtda avtomobil 21 yaşlı gəncə xəsarət yetirib
- Paytaxtda 66 yaşlı qadını yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Paytaxtda daha bir məktəb distant təhsilə keçdi
- Paytaxtda niyə tıxac olur? - Açıqlama
- Paytaxtda "Rəmiş" və daha 13 narkotacir tutuldu - VİDEO
- Paytaxtda tibb mərkəzində yanğın olub