Tovuzda polisə xəsarət yetirən şəxs saxlanılıb


14:26     05 Aprel 2019 polis00.jpg

Aprelin 4-də saat 1 radələrində Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində naməlum şəxs Dönük Qırıqlı kənd sakini Ə.Həsənovun “Lexus” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, bu zaman səsə-küyə gəlmiş polis serjantı N.Həsənov şübhəli şəxsi saxlayarkən o, polis əməkdaşının əl nahiyəsinə metal alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Lakin görülmüş tədbirlərlə həmin şəxs saxlanılıb.

Araşdırmalarla onun Qovlar şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Qasımov olması müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 303