Ölən anasını mumiyalayıb təqaüdünü aldı


17:12     28 Oktyabr 2015 mumiya.jpg

Rusiyanın Yessentuki şəhərində polis bir evdə 90 yaşında qadının cəsədini tapıb.


Femida.az nevainfo.ru-ya istinadən xəbər verir ki, yaşlı qadın 3 il əvvəl ölüb. Lakin oğlu dünyasını dəyişmiş anasını torpağa basdırmaq yerinə onu duzla mumiyalayıb. Rusiya təhlükəsizlik qüvvələrinin sözlərinə görə, adı açıqlanmayan vətəndaşın anasını çox sevdiyi və ondan ayrılmaq istəmədiyi üçün bu yola əl atdığını bildirib.

Yessentuki şəhəri üzrə istintaq şöbəsi şəxsin vəkalətnamə ilə 3 il anasının təqaüdünü aldığını təsdiqləyib. Bütün bu müddət ərzində anasını "sevən" oğul nə az, nə də çox 16 min rubl həcmində pensiya alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1030