Keçmiş məhkumlar bu dəfə quldurluğa görə tutuldular


19:32     07 Aprel 2019 hebs_58.jpg

Sumqayıtda quldurluq etməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Elçin Qasımov və 1996-cı il təvəllüdlü Nihad Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər də məhkum olunmuş Elçin Qasımov və Nihad Nəcəfov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, onlar iyulun 4-də Ceyranbatan qəsəbəsində vətəndaş Zaur Beydullayevı döyərək, quldurluq yolu ilə ona məxsus 164 manat pulu, mobil telefonu və eynəyini ələ keçiriblər.

Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (qulduqluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 322