Şabranda oğurluqda təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb


20:10     08 Aprel 2019 1398947325_mehkeme.jpg

Şabran rayonunda oğurluq etməkdə təqsirləndirilən Hüseyn Binəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un məlumatına görə, iş baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilib və hakim Çingiz İsgəndərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin əvvəlində Şabran rayonunun Rəhimli kəndində baş verib. Kənd sakini H.Binəliyev evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayıb.

Şabran rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Binəliyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 3-də 1 həyətyanı sahədən məişət əşyaları və ərzaq məhsulu oğurlaması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 359