Turizm obyektlərinin layihələndirilməsi üçün YENİ QAYDA təsdiq olundu
14:19 09 Aprel 2019
Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.
Femida.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Turizm haqqında” qanuna dəyişikliklərdə təklif edilir.
Bu dəyişikliyə uyğun olaraq 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib.
Layihəyə əsasən, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Bu obyektlər təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur.
Qeyd edilən obyektlərin fəaliyyəti ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli üsullar tətbiq edildikdə həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır.
Femida.az
Oxunub: 418
Oxşar xəbərlər
- Turizm Agentliyi: Regionlara axın olacaq
- Turizm və otelçiliklə bağlı göstərişlər açıqlandı
- Turizm sektoru üçün yeni təlimatlar hazırlandı
- Turizm bələdçiləri üçün yeni tələb müəyyənləşir
- Turizm obyektlərinin ətraf mühitə təsiri qiymətləndiriləcək
- Turizmlə bağlı Ekspertlər Şurası yaradılıb
- Turizm brendimiz Dubayda 6 nominasiya üzrə qalib oldu
- Turizmlə bağlı qanun təkmilləşdirilir
- Turizmlə bağlı qanun dəyişdirilir
- Turizm fəaliyyəti ilə məşğul olanlara hava xəbərdarlığı