Ucarda torpaq uçqunu - 2 fəhlə dağıntılar altında qalıb


20:29     09 Aprel 2019 19_04_09_1554824938.jpg

Ucar rayonunda torpaq uçqunu olub.

Hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb.

Uçqun "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman baş verib. Nəticədə 2 nəfər uçqun altında qalıb. Onlar torpağın altından çıxarılaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır. / Report

Açar sözlər: #Ucar  

Oxunub: 520