Ucarda qaydaları pozan COVID-19 xəstələri barədə araşdırma aparılır
09:13 20 Fevral 2022
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az -a verilən məlumata görə, rayon sakini R.Əliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
R.Əliyev rayon ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Aktiv COVID-19 xəstəsi olan Y.Həsənov da analoji qayda pozuntusunu törədib. Yaşadığı ünvanı tərk edən həmin şəxs ictimai yerdə aşkarlanıb və yaşadığı evə geri qaytarılıb.
Hər iki şəxs barəsində Ucar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Oxunub: 699
Oxşar xəbərlər
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Ucarda piyadanı yük qatarı vurub öldürüb
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Baş Prokurorluq: "Ucarda şagirdin intihara cəhd etməsi araşdırılır"
- Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
- Gəncə, Masallı və Ucarda vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır
- Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Ucarda yeniyetmə oğlan qardaşını qətlə yetirib
- Ucarda oğurluq edən şəxs saxlanılıb
- Ucarda şadlıq sarayının sahibi həbs edilib