FHN su kanalına düşən kişini axtarır


14:02     11 Aprel 2019 19_04_11_1554976983.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Qalağayın kəndində su kanalına düşdüyü ehtimal olunan 1986-cı il təvəllüdlü Əliyev Sarvan Zabit oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Femida.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.​

Açar sözlər:

Oxunub: 354