İşə qəbul olunmaq istəyən müəllimlərin NƏZƏRİNƏ
16:38 22 Aprel 2019
Aprelin 22-də respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.
Femida.az bildirir ki, bu mərhələdə 2017-2018-ci və 2018-2019-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edir.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən 22-24 aprel 2019-cu il tarixlərində keçirilməsi nəzərdə tutulan müsahibələrdə 1200-dən çox müəllimin iştirak etməsi gözlənilir.
Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.
Oxunub: 395
Oxşar xəbərlər
- İşədüzəltmə vasitəçilərinin reyestri hazırlanır
- İşə qəbul zamanı bu tələb aradan qaldırıldı - QANUN
- İşə qəbul zamanı bu sənəd tələb edilməyəcək
- İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək
- İşə qəbul imtahanları davam edir
- İşə qəbul imtahanının vaxtı dəyişdirildi
- İşədüzəltmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestri yaradılacaq
- İşə düzəltmək adı ilə dələduzluq edən şəxsə cinayət işi açıldı
- İşə düzəltmək adı ilə vətəndaşları aldadan qadın saxlanıldı
- İşəgötürənlərin vəzifələri artırılıb