Gündə 2 saat planşetə baxan uşaqlarda bu olur - ALİMLƏR

Gündə 2 saat planşetə baxan uşaqlarda bu olur - ALİMLƏR


22:14     22 Aprel 2019 2019/04/21-58-46-748420_1555956038.jpg

Kanadalı alimlər belə nəticəyə gəlib ki, gün ərzində ard-arda 2 saat planşet, telefon və ya komputerə baxan uşaqda diqqət əskikliyi sindromu və hiperaktivlik yaranır.

Femida.az medicina.az-a istinadən bildirir ki, alimlər 2400 ailəni əhatə edən tədqiqat aparıblar.

Məlum olub ki, hər gün 2 saat telefon və planşetə baxan uşaqlarda hər gün 1 saat qadjetə baxan uşaqlardan fərqli olaraq hiperaktivlik 7 dəfə çox inkişaf edib.

Diqqətini tapşırığa yönəltmək isə 5 dəfə azalıb.


Alimlər bildirir ki, qadjet qarşısında keçən hər dəqiqə uşağın beyninə hətta stress və validyenlər arasındakı münasibətdən də çox təsir edir.
Gündə 2-3 saat telefona baxan 3-5 yaşlı uşaqlarda yuxu keyfiyyəti azalır, fiziki aktivlik aşağı düşür, diqqət dağılır. Eləcə də onun psixikası, beyin inkişafı və gözlərinə gələcəkdə böyük problem yaradır.

Alimlər tövsiyyə edir ki, 2 yaşına kimi uşaqlar qətiyyən qadjetə baxmamalıdır. 2-5 yaşında uşaqlar isə gündə 30 dəqiqəqən artıq istifadə etməməlidir. 30 dəqiqə isə fasilələrlə nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 243