34 min nəfər işlə təmin olunub
15:38 27 Aprel 2019
Bu ilin yanvar-mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq proqramlarından 68 mindən çox şəxs faydalanıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, onlardan 34 min nəfərə yaxını işlə təmin olunub. 1000-dən çox iştirakçı özünüməşğulluq proqramına, 212 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib, 33 minə yaxın gəncə isə peşəyönümü məsləhətləri verilib.
Həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin birinci rübü ərzində bir sıra ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də keçirilib. İl ərzində 10-dan çox ali təhsil ocağında belə aktiv məşğulluq tədbirlərinin keçirilməsi, həmçinin gələn aydan respublikamızın bölgələrində əmək yarmarkalarının keçirilməsinə başlanması nəzərdə tutulur.
Femida.azN
Oxunub: 375
Oxşar xəbərlər
- 34 yaşlı kişi başından güllələnərək öldürüldü
- 344 min şagirdin təhsil aldığı məktəblər risk zonasında - NAZİR
- 34 cinayətin üstü “isti izlər”lə açılıb
- 345 maşın karantin postlarından geri qaytarıldı
- 3422 obyektdə sanitar-epidemioloji tələblər pozulub
- 343 nəfər Azərbaycan vətəndaşlığına keçmək üçün and içib
- 34 nəfər şübhəli saxlanıldı – Cinayətlərin günlük statistikası
- 340 min manat oğurladı, mərc oyununda uduzdu
- 34 vergi işçisinin fəaliyyətinə xitam verildi - SƏBƏB
- 34 yaşlı məhkum edam edildi - İranda