Cəlilabadda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb


20:48     12 May 2019 korpe_usaq_334.jpg

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb. Belə ki, yolun kənarında oynayan kənd sakini, 5 yaşlı uşağı "VAZ-2107" markalı minik avtomobili vurub. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda azyaşlının şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, sürücü avtomobili yenicə alıb.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 359