ABAD Beynəlxalq Qida Sənayesi sərgisində

ABAD Beynəlxalq Qida Sənayesi sərgisində


15:48     16 May 2019 19_05_16_1558007391.jpg


Mayın 15-i Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi açılıb.

Femida.az xəbər verir ki, sərgidə “ABAD” publik hüquqi şəxs öz stendi ilə təmsil olunur. Bu il də “WorldFood Azerbaijan 2019”da ABADçı ailələrinin istehsal etdiyi yeni məhsulları eksklyüziv olaraq sərgilənib.

Onlar arasında bir neçə çeşiddə pendirlər, badımcan kürüləri, pomidor turşusu, yağlar, meyvə şirələri, kəsmiklər, kolbosalar, meyvə quruları, qara çay və bal məhsulları dequstasiya masasında maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi mayın 17-dək davam edəcək.

Femida.az

Açar sözlər: #ABAD  

Oxunub: 200