Paytaxtda 26 dərəcə isti olacaq
09:31 18 May 2019
Bu gün Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 18-19-da Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Femida.az
Oxunub: 297
Oxşar xəbərlər
- Paytaxtda yol qəzası olub, xəsarət alanlar var
- Paytaxtda 22 yaşlı gənci avtomobil vurub
- Paytaxtda hava dumanlı olacaq, rayonlarda yağış yağacaq
- Paytaxtda kütləvi dava olub, xəsarət alan var
- Paytaxtda avtomobil 21 yaşlı gəncə xəsarət yetirib
- Paytaxtda 66 yaşlı qadını yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Paytaxtda daha bir məktəb distant təhsilə keçdi
- Paytaxtda niyə tıxac olur? - Açıqlama
- Paytaxtda "Rəmiş" və daha 13 narkotacir tutuldu - VİDEO
- Paytaxtda tibb mərkəzində yanğın olub