Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxunub

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxunub


17:12     20 May 2019 hokm0.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Orxan Rzaquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.



Femida.az-ın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Rzaquliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, O.Rzaquliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham edilib.

Femida.az

Açar sözlər: #Hökm   #Hakim  

Oxunub: 214