Seçici fəallığı ən az olan dairə açıqlandı


15:47     01 Noyabr 2015 1441400x669.jpg


Bu gün saat 10:00-a seçicilərin fəallığı ən az və ən çox olan seçki dairələrinin adları açıqlanıb. Femida.az -ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, seçicilərin ən az fəallığı 30 Saylı Suraxanı Birinci Seçki Dairəsində olub. Burada 2 333 səs verib ki, bu da dairə üzrə seçicilərin 6,3 faizini təşkil edir: “Ən aktiv isə 14 saylı Xəzər Seçki Dairəsidir ki, burada artıq 10 683 nəfər seçici səs verib. Bu, dairə üzrə ümumi seçicilərin 22,1 faizi deməkdir”.

Açar sözlər:

Oxunub: 1273