"ASAN xidmət" modeli 8 ölkədə tətbiq olunacaq
11:07 24 May 2019
“ASAN xidmət” modeli 8 ölkədə implementasiya olunacaq.
Femida.az -ın xəbərinə görə, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının təqdimat mərasimində çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, bu konsept 2015-ci ildə BMT dövlət xidmətləri forumunda dövlət xidmətinin çatdırılması kateqoriyasında 1-сi yerə layiq görülüb və bütün BMT-nin üzv ölkələrinə bu modelin tətbiqi tövsiyə olunub.
"Bunun nəticəsində 8 ölkədə “ASAN xidmət” modelinin implementasiya ilə bağlı işlər gedir və bununla bağlı beynəlxalq sazişlər bağlanıb", - deyə Ü. Mehdiyev bildirib.
O həmçinin qeyd edib ki, cari ilin iyun ayında BMT-nin Dövlət Xidmətləri Forumu Bakıda keçiriləcək. Bu, BMT-nin baş qərargahı tərəfindən Bakıda Agentliklə birgə keçiriləcək ilk tədbirdir.
Oxunub: 532
Oxşar xəbərlər
- ASAN xidmətin sədri media orqanlarının rəhbərləri ilə görüşdü
- ASAN-ın Çağrı Mərkəzi gücləndirilmiş rejimdə işləyir
- ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi
- ASAN Qlobal Veb Forum başa çatdı
- ASAN Qlobal Veb Forumun açılış sessiyası olub
- ASAN könüllüləri tənha yaşayan xəstələrə dərmanlar payladı
- ASAN xidmət onlayn tərcümə xidmətini istifadəyə verib
- ASAN-ın təqaüdçü könüllüləri tamaşa göstərdi
- ASAN-ın təqaüdçü könüllüləri tamaşa göstərəcək
- ASAN Xidmət Masallıda "Yay festivalı" keçirdi