İlahiyyat İnstitutunda Arif Quliyev ilə görüş keçirilib


12:48     03 İyun 2019 2019/06/arif_quliyev_030619_04_1559551877.jpg

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyev ilə görüş keçirilib.



Trend-in məlumatına görə, Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayıb. Gəncliyin sağlamruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olmasının dövlət üçün vacibliyini qeyd edən İ.Əlimuradov tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi istiqamətində İnstitutun ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər təşkil etməsinin xüsusi önəm daşıdığını vurğulayıb.

İ.Əlimuradov görüşün mahiyyətindən bəhs edib və gənclərin inkişafında mütaliənin, yazarlarla ünsiyyətin, sənət adamları ilə görüşün önəmini diqqətə çatdırıb. O, Xalq artistinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən Xalq artisti Arif Quliyev düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb. Kino və teatr sahəsində göstərdiyi xidmətlər, çəkildiyi filmlər haqqında məlumat verən Xalq artisti bunların gənc nəslin tərbiyəsində əhəmiyyətli rolu olduğunu bildirib. Müxtəlif səpkili və fərqli xarakterli obrazlar yaratdığını qeyd edən A.Quliyev yaradıcılığında hər zaman insanları güldürüb-düşündürməyi qarşısına məqsəd qoyduğunu etiraf edib.

Xalq artisti ali təhsil müəssisəsinin elm və sənət adamları ilə də görüş keçirməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Tədbirin təşkil olunmasında İnstitutun rəhbəriliyinə və iştirakçılarına minnətdarlığını bildirən A.Quliyev yaradıcılıq planlarından danışıb.

Görüş tələbələri maraqlandıran suallarla davam edib.

Femida.az

Açar sözlər:

Oxunub: 326