22 yaşlı oğlan qatarın altında qaldı


10:04     05 İyun 2019 qatar%20adam%20vurdu.jpg

Biləcəri rayonu, Dəmir yol stansiyasında “Daş bazarı” yaxınlığında 22 yaşlı oğlanı qatar vurub.

Səhiyyə Nazirliyindən Femida.az -a verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 05.51-də daxil olub.

“Hadisə yerinə gələn həkim briqadası piyadanın ayaqlarının qatar altında qaldığını görüb. Ağır xəsarət alan gənc dərhal Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılıb. Müayinədən sonra həkimlər yaralının hər iki ayağını amputasiya etmək məcburiyyətində qalıblar. Baş vermiş hadisə barədə Binəqədi rayon polis idarəsinə məlumat verilib”, - nazirliyin məlumatında qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 434