Xırdalanda öz evində bacanağını öldürdü: Boşanmış qızıma sataşırdı
10:33 07 İyun 2019
Xırdalanda qətl törətməkdə təqsirləndirilən Şahin Qasımov barəsində olan hökmdən apelyasiya şikayəti verib.
Femida.az ölkə.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxsin şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə iyunun 7-də baxılacaq.
Qeyd edək ki, qətl hadisəs Xırdalanda baş verib. Şahin Qasımov öz evində bacanağı Müşfiq Abbasovu qətlə yetirib. Yaralı Müşviq Abbasov xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə dünyasını dəyişib.
Qətlə səbəb tərəflər arasında başlayan mübahisə olub. Qasımov qızına sataşdığını iddia edərək Abbasovu qətlə yetirib.
Elan olunmuş ittihamla Şahin Qasımov özünü təqsirli bilib və əməlindən peşman olmadığını söyləyib.
Qasımov bacanağını namus üstündə öldürdüyünü söyləyib. O deyib ki, qızı ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb.
"Bacanağım Müşviq Abbasov bizə gəlmişdi. Birlikdə yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu vurmuşam".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Qasımov 9 il azadlıqdan məhrum edilib.
Femida.az
Oxunub: 907
Oxşar xəbərlər
- Xırdalanda keçmiş arvadını öldürməkdə şübhəli bilinən kişi tutulub - RƏSMİ
- Xırdalanda məktəbin uçan damının təmirinə başlanılıb
- Xırdalanda arvadını balta ilə qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Xırdalanda gənci avtomobil vurub
- Xırdalanda daha bir narkotacir saxlanılıb
- Xırdalanda su kəsiləcək
- Xırdalanda 60 yaşlı qadın dəm qazından zəhərlənib
- Xırdalanda kişi qonşusu tərəfindən bıçaqlanıb
- Xırdalanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Xırdalanda ər 22 yaşlı arvadını öldürdü