Xırdalanda məktəbin uçan damının təmirinə başlanılıb


11:58     06 Aprel 2022 22_04_06_1649229562.jpg

Bu gündən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin uçan damının təmirinə başlanılıb.

Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib.

Qeyd olunub ki, təmir-bərpa işləri Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilir: "Məktəbin şagirdləri isə müvəqqəti olaraq onlayn təhsilə cəlb olunublar".

Qeyd edək ki, hadisə aprel ayının 4-də baş verib.

Açar sözlər:

Oxunub: 380