Xırdalanda gənci avtomobil vurub


10:58     12 Mart 2022 22_03_12_1647062863.jpg

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnənə yol qəzası baş verib.

Femida.az-ın məılumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Məhərrəmov İbrahim Rahim oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ qolun sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 413