Xırdalanda arvadını balta ilə qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb


15:22     31 Mart 2022 22_03_31_1648711453.jpg

Xırdalanda həyat yoldaşını öldürməkdə və oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə təqsirləndirilən Ağaməhəmməd Əhmədovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Femida.az xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü A.Əhmədov yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovu qətlə yetirib, oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Daha sonra A.Əhmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə), 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 340