Narkotik satmaqda təqsirləndirilən baş redaktorla bağlı qərar verildi


18:46     07 İyun 2019 19_06_07_1559913470.jpg


Bu gün Xətai Rayon Məhkəməsində qanunsuz narkotik maddə satmaqda təqsirləndirilən Şəfəq Ağacanın (Ağabalayeva) barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən vəsatətə baxılıb.


Femida.az-ın xəbərinə görə, prosesdə qərar elan edilib.

Qərara əsasən, məhkəmə vəsatəti təmin etməyib.

Xatırladaq ki, Ş.Ağabalayeva Bakupress.az saytının təsisçisi və baş redaktorudur.

Ittihama görə, o, Nərimanov rayonunda narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Onun üzərindən bükülmüş halda narkotik maddə aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər: #məhkəmə  

Oxunub: 364