Hindistanda qasırğa nəticəsində ən azı 34 nəfər ölüb


21:50     09 İyun 2019 19_06_09_1560098323.jpg

İyunun 6 və 7 - də Hindistanın Uttar-Pradeş və Madhya-Pradeş ştatlarında toz, ildırım və yağışla müşahidə olunan qasırğa ilə bağlı hadisələr nəticəsində azı 34 nəfər ölüb, 57 nəfər yaralanıb.

İnsanların çoxu evlərin divar və damlarının uçması, həmçinin ildırım və yol qəzaları səbəbindən ölüblər.

Təbii fəlakət nəticəsində Uttar-Pradeş ştatında 26 nəfər, Madhya-Pradeşdə isə 8 nəfər həyatını itirib.


İnsanların çoxu evlərin divar və damlarının uçması, həmçinin ildırım və yol qəzaları səbəbindən ölüblər.

Uttar-Pradeşdə azı 16 evin dağılması ilə əlaqədar genişmiqyaslı əməliyyat aparılır.

Suyun yaratdığı fəlakətdən sonra Madhya-Pradeşdə su qıtlığı müşahidə olunur, insanlar arasında isə su üstündə münaqişə yaranıb.

Açar sözlər:

Oxunub: 383