5 rayonda ahıllar üçün xidmət mərkəzləri yaradılacaq
12:34 11 İyun 2019
Azərbaycanda 5 rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, hazırda nazirliyin pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində həmin kateqoriyadan olan şəxslər stasionar şəkildə xidmətlərlə təmin edilirlər. Həmçinin əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan tənha ahıllara evlərində sosial-məişət xidməti göstərilir.
Yeni günərzi mərkəzlərdə isə tənha ahıllara yarımstasionar şəkildə sosial-məişət, tibbi, mədəni və başqa xidmətlər göstərilməsi, asudə vaxtlarının səmərəli təşkili və s. istiqamətlərdə işlər aparılacaq.
Femida.az
Oxunub: 272
Oxşar xəbərlər
- 5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub
- 51 yaşlı kişi bıçaqlanıb
- 57 müsəlman ölkəsi arasında ən böyük yəhudi icması Azərbaycandadır
- 54 nəfər borca görə saxlanıldı
- 51 rayonda torpaqların elektron kadastr uçotu bitib
- 59 cinayətin üstü “isti izlər”lə açılıb
- 5 mindən çox şəhid ailəsi üzvü və müharibə əlilləri özünüməşğulluğa cəlb olunub
- 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib
- 5867 hərbçi "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib
- 5863 hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib