Keçmiş məhkumdan tüfəng və tapança götürülüb


15:15     21 İyun 2019 ov-tufengi.jpg

Xaçmaz şəhər sakinindən narkotik vasitələr və odlu silah aşkar edilərək götürülüb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən xəbərə görə, Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 378