Sabunçu rayonunda 2 maşın toqquşub, 2 nəfər xəsarət alıb
22:23 24 İyun 2019
Kürdəxanı dairəsində baş verən qəza zamanı İlqar adlı şəxsin idarə etdiyi "VAZ 21012" markalı minik avtomobili ilə Cavid adlı şəxsin idarə etdiyi "Volkswagen Passat" markalı maşın toqquşub.
APA xəbər verir ki, ilkin məlumata görə, hadisə "Volkswagen"-in geriyə dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib.
Qəza zamanı "VAZ 21012"-də olan sürücü İlqar və onun həyat yoldaşı Səbinə adlı xanım xəsarət alıb.Yaralılar təcili olaraq 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 336
Oxşar xəbərlər
- Sabunçuda yolların yenidən qurulmasına 7,5 milyon manat ayrılıb
- Sabunçu rayonunda 55 yaşlı kişiyə xəsarət yetirilib
- Sabunçuda qaraçı oğlan bıçaqlanıb
- Sabunçuda avtomobillə vurulan 63 yaşlı kişinin ayağı sınıb
- Sabunçuda 3 nəfər dəm qazından zəhərlənib
- Sabunçuda polis əməliyyat keçirib, 40 nəfər saxlanılıb
- Sabunçuda 15 yaşlı gənc dəm qazından zəhərlənib
- Sabunçuda iki avtomobil toqquşub, ölənlər var
- Sabunçuda ev yanıb, xəsarət alanlar var
- Sabunçuda 11 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlandı - SİYAHI