Sabunçuda yanğın olub


11:34     30 İyun 2019 yangin_38673636.jpg

Bakının Sabunçu rayonunda yanğın baş verib.

Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 368