Sabirabad sakinindən 11 kq tiryək götürülüb


15:08     01 İyul 2019 axar.az1389862472tiryek.jpg


Sabirabad sakinindən 11 kiloqramdan çox narkotik vasitə götürülüb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsi və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində birgə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə Sabirabad rayon sakini Babək Əzizovdan 11 kiloqram 845 qram tiryək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 328