Sabirabad sakini bıçaq xəsarəti alıb


09:18     24 Mart 2022 22_03_24_1648097908.jpg

Sabirabad sakini bıçaq xəsarəti alıb.

Hadisə Sabirabad şəhər İlham İsgəndərov küçəsi, ev 13-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1976-cı il təvəllüdlü İbrahimov Anar Məhəbbət oğlu boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Yaralının dediyinə görə, sərxoş halda özü özünə bıçaqla xəsarət yetirib

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 304