Taxıl biçini ilə bağlı son statistika


21:01     01 İyul 2019 taxil1.jpg

Respublika ərazisində taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il Azərbaycan ərazisində 100 913 9,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.

İyunun 29-na olan operativ məlumata görə, ölkə ərazisində 740 090 hektar ərazidə taxıl biçini aparılıb, 315 978,4 hektar ərazidə arpa, 42 4141,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2 380 085 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,2 sentner təşkil edir.

Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Qax, Neftçala, İmişli, Füzuli, Masallı və Xızı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Goranboy Cəlilabad, Göyçay və Ağdaş rayonlarında arpa biçini başa çatmaq üzrədir. Ağdaş ərazisində arpa əkilmiş 11 630 hektar sahənin 11 515 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 24,1 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6847 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 342