Xəstəxanada azyaşlı ölümü xəbəri təsdiqini tapmadı


11:54     04 İyul 2019 19_07_04_1562226903.jpg

Ötən gün Gəncədə 9 yaşlı uşağın yıxılaraq ölməsi ilə bağlı yayılan xəbər təsdiqini tapmayıb.


Femida.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Əli Qədim oğlu Rüstəmzadənin yaxınları Oxu.Az-a bildiriblər ki, uşaq hazırda xəstəxanada həkim nəzarəti altındadır.

Qeyd olunub ki, ötən gün Ə.Rüstəmzadənin qəflətən halı pisləşərək özündən gedib. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda vəziyyəti yaxşılığa doğru dəyişir.

Ə.Rüstəmzadənin ölüm xəbərinin yayılmasına gəlincə, xəstəxanadan müvafiq quruma yanlış məlumat verildiyi məlum olub. Bu yanlışlıq uşağın vəziyyətinin ötən gün son dərəcə pis olması ilə izah olunur.

Açar sözlər:

Oxunub: 399