Xəstəxanada həkimlər arasında qanlı DAVA — ÖLƏN VAR


15:55     11 Oktyabr 2019 19_10_11_1570794028.jpg

Türkiyədə xəstəxanada həkimlər arasındakı dava ölümlə nəticələnib.
Femida.az xəbər verir ki, 30 bıçaq zərbəsi alan həkimin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Türkiyədə baş verib. Belə ki, Metin Sabançı Baltalimanı Sümük Xəstəlikləri xəsətxanasında çalışan həkim Yavuz S. və Kaan Erolla aralarında mübahisə yaranıb. Mübahisə sonda qanlı davaya çevrilib. Nəticədə Yavuz Kaan Erolun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbəsi endirib. Ağır yaralanan həkimə həmin xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra başqa bir xəstəxanaya köçürülüb. Müayinə zamanı Kaan Erol bədəninin müxtəlif nahiyələrindən 30 bıçaq zərbəsi aldığı bəlli olub.

Hadisə bu gün səhər saatlarında baş verib. Mübahisənin səbəbi hələlik bəlli deyil. Hadisəni törədən həkim Yavuz isə polis tərəfindən saxlanılıb.

Açar sözlər:

Oxunub: 697