Xəstəxanada olan məhkuma narkotik gətirən qadın tutulub


11:24     04 Sentyabr 2019 19_09_04_1567581564.jpg

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və Müalicə Müəssisəsində saxlanılan Ağalarov Amid Zakir oğluna tanışı, Bakı şəhər sakini Vəliyeva İradə Bəhlul qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatdakı coraba bükülmüş 4 ədəd sellofanın içərisində gizlədilmiş 1,764 qram “Metamfetamin”, 7,043 qram “Marixuana və 1,632 qram “Heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 471