Cəlilabadda odlu silah aşkarlanıb - FOTO
18:19 07 İyul 2019

Cəlilabadda odlu silah aşkarlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad şəhər sakini Ş.Mahmudov DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət edərək Elçin adlı şəxs tərəfindən ölümlə hədələndiyini, həmin şəxsin oğlu tərəfindən isə ona xəsarət yetirildiyini bildirib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Cəlilabad şəhər sakini əvvəllər məhkum olunmuş Elçin Muradov, oğlu Nicat Muradlı və qaynı Çingiz Rüstəmov aralarında xeyli vaxt əvvəldən olan ədavətlə bağlı bıçaq və yumruq zərbələri ilə Ş.Mahmudova xəsarət yetiriblər. E.Muradov və oğlu N.Muradlı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Bundan əlavə şübhəli şəxs qismində saxlanılan E.Muradovun yaşadığı evdə odlu silah saxlaması ilə bağlı məlumat daxil olduğundan həmin evə baxış keçirilib və dolabın içərisindən bir ədəd “Makarov” markalı tapança, həmin tapançaya aid bir ədəd sandıqça və beş ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 246
Oxşar xəbərlər
- Cəlilabadda ədliyyə işçilərinin peşə bayramı qeyd olundu
- Cəlilabadda meyiti tapılan müəllimin ölüm səbəbi bilindi
- Cəlilabadda gənc müəllim evində ölü tapılıb
- Cəlilabadda uşaq ölümü olub
- Cəlilabadda narkotik satan şəxslər saxlanılıb
- Cəlilabadda velosipeddən yıxılan müəllim xəstəxanada ölüb
- Cəlilabadda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb
- Cəlilabadda ağır yol qəzası - 1 nəfər ölüb
- Cəlilabadda "KamAZ" aşıb, xəsarət alan var
- Cəlilabadda yanğın olub, xəsarət alan var