“Qarabağ” Çempionlar Liqasının ən yaxşı 100 klubu arasında


11:38     08 İyul 2019 19_07_08_1562571588.jpg


Sabah start götürəcək Çempionlar Liqasının I təsnifat mərhələsi ərəfəsində Avropanın ən nüfuzlu klub turnirinin tarixinin ümumi cədvəli açıqlanıb.

Siyahıda 1955-ci ildən cari mövsümün startına qədər turnirdə oynamış klublar yer alıb.

64 il ərzində yarışda ümumilikdə 513 komanda iştirak edib. Əvvəl Çempionlar kuboku, 1992-ci ildən Çempionlar Liqası adlanan turnirin ən yaxşısı İspaniya “Real”ıdır. Almaniya “Bavariya”sı ikinci, digər İspaniya klubu “Barselona” üçüncüdür.

Azərbaycanı Çempionlar Liqasında təmsil etmiş 7 klub da siyahıya daxil edilib. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. Ağdam klubu 6-cı dəfə qatılacağı yarışın 100-cü komandasıdır. Keçirdiyi 30 qarşılaşmada 11 qələbə, 11 heç-heçə və 8 məğlubiyyət olan “Qarabağ” 29 qol vurub, 25-ni buraxıb. / APA


Femida.az

Açar sözlər: #Qarabağ   #futbol  

Oxunub: 449