Vergilər Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
11:55 08 İyul 2019
Vergilər Nazirliyi 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırıb.
Femida.az "qafqazinfo"ya istinadən xəbər verir ki, nazirliyin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin keçirdiyi reyd zamanı Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" MMC-yə məxsus ticarət obyektlərindan aksiz markası olmayan siqaretlər aşkarılanıb.
İddia ərizəsində irəli sürülüb ki, MMC-yə məxsus, aksiz markaları ilə markalanmamış alış dəyəri 395 manat olan 166 ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilsin.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, özləri də bu reydlərin keçirilməsində maraqlıdırlar və nazirliklə birgə keçirirlər.
Həmin siqaretləri isə satıcılar özləri kənardan əldə edərək satışını qanunsuz olaraq həyata keçirirlər.
Oxunub: 526
Oxşar xəbərlər
- Vergiləri ödəməkdən yayınan şirkət sahibi barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib
- Vergilər Nazirliyi sahibkarlara ixtisarlarla bağlı xəbərdarlıq edib
- Vergilərin ödənilməsi müddəti uzadıldı
- Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib
- Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
- Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi
- Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb
- Vergilər Nazirliyinin büdcə öhdəliyi 8% artırılır
- Vergilər Nazirliyinin saytı yeniləndi
- Vergilər Nazirliyində bu struktur dəyişdirildi