Vergilər Nazirliyi sahibkarlara ixtisarlarla bağlı xəbərdarlıq edib


18:59     16 Aprel 2020 vergiler%20nazirliyi.jpg

Vergilər Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.

Nazirlikdən Femida.az-ə verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

“Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcək”, - deyə məlumatda qeyd edilib.

Açar sözlər:

Oxunub: 930