Hacıqabulda piyada ölümü baş verib


09:21     10 İyul 2019 piyada8.jpg


Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

Femida.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad sakini, 1987-ci iltəvəllüdlü Qənbərov Cavanşir Ələddin oğlunu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə yerindən qaçan sürücünün axtarışları aparılır.

Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 563