Göygöldə 2 tondan artıq çətənə kolları aşkarlanıb


14:24     10 İyul 2019 19_07_10_1562754306.jpg


Samuxda yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Samux RPŞ-nin əməkdaşları tərəfindən Çobanabdallı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 315 kiloqram olan 2160 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Göygöl RPŞ-nin əməkdaşları tərəfindən isə Toğanalı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2,2 tona yaxın olan 6250 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 308