Göygöldə oğurluq edən şəxslər saxlanılıb


10:32     09 May 2022 22_05_09_1652077008.jpg

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayon sakininə məxsus evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri - Fizuli Məmmədov və İntiqam Məmmədov qabaqcadan əlbir olaraq fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 6 000 manat olan müxtəlif növ qızıl zinət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.

F. Məmmədov və İ. Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 462