Meşədə narkotik becərdi, tutuldu
14:23 15 İyul 2019
İsmayıllıda meşədə narkotik becərən şəxs saxlanılıb.
Femida.az-ın məlumatına görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalıncaq kənd sakini, 58 yaşlı Şahin Seyidov saxlanılıb.
Ətrafında aparılan araşdırma zamanı Ş.Seyidovun Qalıncaq kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi 750 ədəd çətənə bitkisi və 4kq 680 qr qurudulmamış marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.
Femida.az
Oxunub: 466
Oxşar xəbərlər
- Meşədə narkotik əkənlər tutuldular
- Meşədə adam öldürməyə cəhd edən gənc tutuldu
- Meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb - İsmayıllıda
- Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb
- Meşədə itkin düşmüş şəxsi ayı öldürüb
- Meşədə yeyib-içənlər həbs edildi
- Meşədə güllələnmə
- Meşədə narkotik plantasiyası salan İsmayıllı sakini tutulub
- Meşədə narkotik yetişdirən şəxs saxlanıldı
- Meşədə narkotik əkən şəxs tutulub