Keçmiş məhkumlar yenidən cinayət törətdi


16:56     20 İyul 2019 HEBSSS%20EDİLDİ.jpg

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisində “BMW” markalı avtomobildən 320 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Zeynallı saxlanılıb.



DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, 7-ci PB əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində iyulun 12-də Bakı şəhər sakini A.Ağayevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş D.Cəfərov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 369