Gədəbəydə 23,5 kilometrlik yol yenidən qurulur
21:12 23 İyul 2019
Gədəbəy rayonunda 23,5 kilometrlik Gədəbəy-Novosaratovka-Qaravəlilər (38 kilometr)-İsalı-Zamanlı avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, IV texniki dərəcəli yerli əhəmiyyətli İsalı-Zamanlı avtomobil yolu başlanğıcını Gədəbəy-Novosaratovka-Qaravəlilər yolundan götürür. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yeni torpaq yatağı inşa edilib, mövcud suötürücü borular yararsız vəziyyətdə olduğu üçün yolboyu 11 yerdə müxtəlif diametrlərə malik 143 poqonmetr uzunluğunda dairəvi dəmir-beton borular quraşdırılaraq izolyasiya olunub. Bundan başqa, 3 yerdə 39 poqonmetr uzunluğunda dördbucaqlı su keçidi, həmçinin monolit dəmir-beton istinad divarı inşa edilib. Hazırda yolun 140 min kvadratmetrdən çox sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, 18 yol birləşməsinin təmiri, 8 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol kənarında 800 poqonmetr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün 325 yol nişanı, 540 siqnal dirəkləri qoyulacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Sözügedən yolun əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqdır.
Femida.az
Oxunub: 531
Oxşar xəbərlər
- Gədəbəydə yük avtomobili dərəyə aşıb, xəsarət alan var
- Gədəbəydə avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb
- Gədəbəydə 59 yaşlı kişi bıçaqlanaraq öldürülüb
- Gədəbəydə 31 yaşlı kişi bıçaqlanıb
- Gədəbəydə qanunsuz tikintinin qarşısı alınıb
- Gədəbəydə buzlu yol avtomobil qəzasına səbəb olub, xəsarət alanlar var
- Gədəbəydə qadına əzab verən şəxsin məhkəməsi başlayır
- Gədəbəydə Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsi anılıb
- Gədəbəydə yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
- Gədəbəydə toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundular