FHN su quyusuna düşən şəxsi xilas etdi


10:34     28 İyul 2019 su_quyusu_0111.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərində 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşı su quyusundan çıxararaq köməklik ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 421