Təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb


16:29     29 İyul 2019 2019/07/15644-1564402498_1564403581.jpg

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.1-ci, 178.3.1-ci, 206.4-cü maddələrinə əsasən təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zakir Zahid oğlu Hüseynova tanışı Göygöl rayon sakini Bəşirov Elman Bilman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı plastik qabda olan pendirin arasında gizlədilmiş, selofan bükülüdə 1,746 qram narkotik maddə heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 478