Brilliantı 163 min manata satmaq istəyən dəstə üzvləri tutuldu
11:11 30 İyul 2019
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində brilliant daş-qaşı satan dələduz dəstə üzvlərinin ifşa olunması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbir zamanı, rayon ərazisində küllü miqdarda dəyəri olan iki ədəd brilliant daş-qaşları satmaq istəyən beş nəfərdən ibarət dəstə üzvləri “iş başında” saxlanılıblar.
Araşdırmalarla onların Quba rayon sakinləri, 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri, 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları məlum olub.
İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilliant daş-qaşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.
Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb.
Femida.az
Oxunub: 1035
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Quba sakini arvadını və daha üç qohumunu bıçaqlayıb
- Bakı-Quba yolunda TIR-ın iştirakı ilə qəza baş verib, ölən var
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubadlı şəhərinin Baş Planını İsveçrə şirkəti hazırlayacaq
- DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
- Qubada 35 yaşlı kişi qətlə yetirilib