Bakı-Sumqayıt qatarının hərəkəti dayandı


14:30     09 Noyabr 2015 sumqayti%20qatari%20dayandi.jpg

Bakı-Sumqayit qatarının hərəkətində fasilə yaranıb.


Femida.az-ın xəbər verir ki, nasazlıq "Stadler" markalı 6008 nömrəli qatarda baş verib. Belə ki, Sumqayıtdan-Bakıya ggedən 8:45 qatarı Biləcəri stansiyasında dayanmalı olub. Biləcəri stansiyasına çatarkən cərəyan qəbuledicisində nasazlıq yarandığından qatarın hərəkəti dayandırılıb.

Qatara əlavə lokomativ qoşularaq hərəkət etdirilib. Qatar Bakıya gecikmə ilə 9:20-də çatıb.

Açar sözlər:

Oxunub: 802